Fransa XİN: Əsəd müharibəni uddu

Suriya Prezidenti Bəşər Əsəd müharibədə qalib gəldi. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Fransanın xarici işlər və Avropa işləri naziri Jan-İv Le Drian deyib.

Bununla belə, o qeyd edib ki, B. Əsəd müharibəni udsa da, regionda sülhə nail ola bilməyib. Nazirin sözlərinə görə, Fransa qan tökülməsindən qaçınmaq və münaqişənin siyasi həllini tapmaq üçün Astana qrupu (Rusiya, İran və Türkiyə) işləyir: “Humanitar dramdan qaçınmaq lazımdır, bu dram Rusiya və Türkiyənin nüfuzuna xələl gətirəcək”.

O əlavə edib ki, İdlibdə hərbi toqquşma olarsa, Hələbdəki fəlakətin miqyası ikinci plana keçə bilər: “Fəal hərbi fəaliyyətlər halında təqribən 800 min adam İdlib vilayətində öz evlərini tərk edə bilər. Rusiya da İdlib üzrə vəziyyətin siyasi həllinin axtarışında maraqlıdır, çünki o, Əfqanıstdan olduğu kimi uzunmüddətli hərbi münaqişəyə sürüklənmək istəmir”.

DİGƏR XƏBƏRLƏR

Top