Ağstafada avtomobil yol kənarındakı maneəyə çırpılıb, sürücü ölüb

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, sentyabrın 1-də saat 18 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndi ərazisində Ağgöl kənd sakini Elxan Eminov idarə etdiyi “VAZ-21099” markalı avtomobili yolun kənarındakı maneəyə vurub və nəticədə sürücü hadisə yerində ölüb.

DİGƏR XƏBƏRLƏR

Top