Hərbi hissəni xatırladan sinif otağı... - FOTO

Mingəçevirdə yerləşən orta məktəblər arasında ancaq 20 saylı orta məktəbin hərbi hazırlıq otağı var.

Bu sinif otağında hərbi hazırlıq müəllimi Əli Abbasov hərbi dərsi üçün ləvazimatları özü şagirlərlə birgə hazırlayıb. Divarda vətən uğrunda şəhid olan qəhrəmanların şəkilləri, müxtəlif silahlar, güllələr, hərbi rütblər asılıb. Digər tərəfdə isə fərqli geyimlərdə olan əsgər maketləri yerləşdirilib. Məktəbin Çağırışaqədərki hazırlıq müəllimi Əli Abbasovun öz əlləri ilə düzəldiyi avtomat, süngü-bıçaq və digər maketlər diqqət çəkir. Fənnin tədris olunduğu otaq sanki hərbi hissəni xatırladır. Burada şagirdlərlə birgə ərsəyə gələn “Mülkü müdafiə” və “Gün növbətçisi” güşələri onlar üçün maraqlı olmaqla yanaşı, hərbi xidmət zamanı çətinliklərin də qarşsını alır. Yeniavaz.com-a açıqlama verən Əli Abbasov bildirib ki, 9-cu sinif şagirdləri ilə müxtəlif tutumlu sığınacaqların maketlərini də hazırlayıb. Burada müharibə zamanı necə qorunmaq, yerləşmək olar açıq-aydın göstərilir.

Silah və əsgər üçün lazım olan digər əşyaların taxta və digər materiallardan hazırlanaması isə uşaqların təhlükəsizliyini təmin etməyə xidmət edir.

Təhsil ocağında maraqlı məqamlardan biri də hər bir sinifdə şəhərin milli qəhrəmanlarının, həmçinin aprel döyüşləri iştirakçılarının fotoşəkillərinin yerləşdirilməsidir. Bu şagirdlərdə vətən eşqini daha da artırır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top