Gürcüstanda azərbaycanlı qadın heroinlə tutuldu


Gürcüstanda böyük həcmdə narkotik vasitələrin qanunsuz alınması və saxlanılması ittihamı ilə Azərbaycan vətəndaşı tutulub. Gürcüstan mətbuatının məlumatına görə, 1978-ci il təvəllüdlü S.A. adlı qadın Qardabani rayonunda taksidə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Baxış zamanı onun üzərindən 21,76 qram heroin aşkarlanıb.

Faktla bağlı cinayət işi açılıb. Saxlanan şəxsi 8 ildən 20 ilədək həbs gözləyir.(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top