Məhəmməd Peyğəmbərin karikatura müsabiqəsi ləğv olundu

Hollandiyanın ultrasağ "Azadlıq" partiyasının sədri Gert Vilders Hz. Məhəmməd Peyğəmbər mövzusunda keçiriləcək karikatura müsabiqəsini ləğv edib.

Qeyd edək ki, Pakistan höküməti Vildersin təşkil etmək istədiyi karikatura müsabiqəsini etirazla qarşılamışdı. Bu ölkədə hətta Hollandiya ilə diplomatik əlaqələrin kəsilməsini də təklif edənlər olmuşdu. Bəzi digər müsəlman ölkələrində də ciddi etiraz aksiyaları keçirilmişdi. Hətta Vildersin başına pul qoyanlar belə tapılmışdı.

Vilders "Facebook"da status yazaraq məsələyə aydınlıq gətirib. O, deyib ki, bu müsabiqəni "məsum insanların təhlükəsizliyi" üçün təxirə salıb.

Qeyd edək ki, müsabiqə 10 noyabrda keçirilməli və qalibə 8500 avro verilməli idi.(Sputnik)

DİGƏR XƏBƏRLƏR

Top