Ukrayna Zaxarçenkonun qətlində Rusiyanı günahlandırdı

“Güman etməyə əsasımız var ki, qondarma Donetsk Xalq Respublikasının başçısı Aleksandr Zaxarçenkonun qətlə yetirilməsi silahlılar arasında daxili kriminal münaqişələrin nəticəsi ola bilər”. Yeniavaz.com UNIAN agentliyinə istinadla xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) aparat rəhbəri İqor Quskov deyib.

Onun sözlərinə görə, bu, ilk növbədə 2014-2018-ci illər ərzində yığılmış biznesin bölüşdürülməsi ilə bağlı silahlılardır. İ. Quskov qətl hadisəsində Rusiyanın əli olmasını da istisna etməyib: “Lakin biz Rusiya xidmət orqanlarının kifayət qədər xoşagəlməz fiqurun aradan götürülməsi cəhdlərini də istisna etmirik. Bizdə olan məlumata görə, Zaxarçenko rusiyalılara mane olub. Və bu gün o, gərəksiz oldu. Belə nümunələr qismində Bednovu, Plotnitskini göstərmək mümkündür. Onlar silahlıların əli ilə aradan götürülüblər”.

DİGƏR XƏBƏRLƏR

Top