Paşinyan Qarabağ münaqişəsinin həlli düsturunu açıqladı

Ermənistan münaqişələrin, o cümlədən Qarabağ münaqişəsinin yalnız dinc yolla nizamlanmasını qəbul edir. Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan gürcüstanlı jurnalistlərə deyib.

Onun sözlərinə görə, bütün münaqişələr dinc yolla, danışıqlar vasitəsilə həll edilməlidir: “Biz rolumuzu bu yolla (dinc) gedən bütün tərəfdaşlarımıza dəstək verməkdə görürük. Eyni zamanda bütün halları unikal hesab edirəm. Oxşar münaqişələr yoxdur”.

N. Paşinyan qeyd edib ki, söhbət münaqişələrdən gedəndə ehtiyatlı olmaq lazımdır. O, həmçinin hesab edir ki, problemlərin həllinin bir universal düsturu var. Bu düstur münaqişələrin zorakılıq yolu ilə və güc tətbiq etməklə tənzimlənməsini istisna edir. Bu düstur Qarabağ münaqişəsi üçün də keçərlidir. Ermənistan bu düsturla hərəkət edən istənilən tərəfi dəstəkləməyə hazırdır”.

DİGƏR XƏBƏRLƏR

Top