Ən ağır günlərimizdə - 1992-ci ildə Azərbaycanla hansı ölkələr diplomatik əlaqə qurub? - SİYAHI

Müasir dövrümüzdə tez-tez müxtəlif səbəblərdən ölkələr arasında diplomatik qalmaqal və böhranlar yaşanır. Elə dövlətlər var ki, onlar arasında başlayan diplomatik qalmaqallar bir müddət sonra aradan qalxır, elələri də var ki, daha da dərinləşir, səfirlər geri çağırılır, hətta vəziyyət müharibə səviyyəsinə çatır.

Yaranan diplomatik qalmaqallara görə bir-birindən üzr istəyən dövlətlər də olur.

Elə ölkələr də var ki, onların arasında diplomatik qalmaqalların uzun tarixi var və zaman-zaman, hətta nəsillər dəyişsə belə, təkrarlanır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra xarici ölkələrlə diplomatik əlaqələri 1992-ci ildə başlayıb. İlk diplomatik əlaqələrimiz Türkiyə, İsveçrə, Lixtenşteynlə, Koreya Xalq Demokratik Respublikası ilə olub.

Yeniavaz.com saytı Azərbaycanın müstəqilliyin ilk vaxtlarından 2018-ci ilədək diplomatik əlaqə qurduğu ölkələrin siyahısını təqdim edir. Siyahıda elə ölkələr də var ki, onların adını demək olar çoxumuz ayda-ildə bir dəfə eşidirik.

1992-ci ildə qurulan diplomatik əlaqələr

1. Türkiyə - 14 yanvar 1992.

2. İsveçrə - 21 yanvar 1992.

3. Lixtenşteyn - 21 yanvar 1992.

4. Koreya X.D. R. - 30 yanvar 1992.

5. Ukrayna - 6 fevral 1992.

6. Meksika - 10 fevral 1992.

7. İspaniya - 11 fevral 1992.

8. Almaniya - 20 fevral 1992.

9. Avstriya - 20 fevral 1992.

10. Fransa - 21 fevral 1992.

11. Polşa - 21 fevral 1992.

12. S. Ərəbistanı - 24 fevral 1992.

13. Yəmən - 25 fevral 1992.

14. Banqladeş - 26 fevral 1992.

15. ABŞ - 28 fevral 1992.

16. Hindistan - 28 fevral 1992.

17. Böyük Britaniya - 11 mart 1992.

18. Qvineya - 11 mart 1992.

19. Nigeriya - 11 mart 1992.

20. İran - 12 mart 1992.

21. Liviya - 16 mart 1992.

22. Koreya - 23 mart 1992.

23. Finlandiya - 24 mart 1992.

24. Misir - 27 mart 1992.

25. Kuba - 27 mart 1992.

26. Filippin - 27 mart 1992.

27. Suriya - 28 mart 1992.

28. İraq - 30 mart 1992.

29. Niderland - 1 aprel 1992.

30. Çin - 2 aprel 1992

31. Yunanıstan 2 aprel 1992.

32. Danimarka - 2 aprel 1992.

33. Rusiya - 4 aprel 1992

34. İsrail - 07 aprel 1992

35. Fələstin - 15 aprel 1992

36. Monqolustan - 16 aprel 1992.

37. Estoniya - 20 aprel 1992.

38. Macarıstan - 27 aprel 1992.

39. Cənubi Afrika Respublikası - 29 aprel 1992

40. İtaliya - 8 may 1992

41. İsveç - 8 may 1992

42. Müqəddəs Taxt-Tac - 23 may 1992

43. Moldova - 29 may 1992

44. Tacikistan - 29 may 1992

45. Lüksemburq - 1 iyun 1992

46. Bolqarıstan - 5 iyun 1992

47. Norveç - 5 iyun 1992

48. Türkmənistan – 9 iyun 1992.

49. Pakistan - 9 iyun 1992

50. Rumıniya -16 iyun 1992

51. Belçika – 17 iyun 1992.

52. Avstraliya – 19 iyun 1992.

53. Yeni Zelandiya – 29 iyun 1992.

54. Tayland - 07 iyul 1992

55. Kanada - 10 iyul 1992

56. Oman - 13 iyul 1992

57. Sudan - 25 iyul 1992

58. Portuqaliya - 4 avqust 1992

59. Mərakeş - 28 avqust 1992

60. Qvineya Bisau - 27 avqust 1992

61. Qazaxıstan - 30 avqust 1992

62. Birləşmiş Ərəb Əmirlikləri - 1 sentyabr 1992

63. Yaponiya - 7 sentyabr 1992

64. Qana - 11 sentyabr 1992

65. Livan - 18 sentyabr 1992

66. Vyetnam - 23 sentyabr 1992

67. İndoneziya - 24 sentyabr 1992

68. Efiopiya - 2 noyabr 1992

69. Gürcüstan - 18 noyabr 1992

1993-cü ildə qurulan diplomatik əlaqələr

70. Qırğızıstan - 19 yanvar 1993

71. Çexiya - 27 yanvar 1993

72. İordaniya - 13 fevral 1993

73. Malayziya - 5 aprel 1993

74. Madaqaskar - 26 may 1993

75. Belarus - 11 iyun 1993

76. Albaniya - 23 sentyabr 1993

77. Braziliya - 21 oktyabr 1993

78. Argentina - 8 noyabr 1993

79. Zambiya - 18 noyabr 1993

80. Slovakiya - 23 noyabr 1993

1994-cü ildə qurulan diplomatik əlaqələr

81. Latviya - 11 yanvar 1994

82. Əlcəzair - 22 aprel 1994

83. Sinqapur - 15 avqust 1994

84. Qəmər adaları - 6 sentyabr 1994

85. Qatar - 14 sentyabr 1994

86. Küveyt - 7 oktyabr 1994

87. Mavritaniya - 29 oktyabr 1994

88. Qvatemala - 1 noyabr 1994

89. Seyşel adaları - 2 noyabr 1994

90. Çili - 3 noyabr 1994

91. Qambiya - 11 noyabr 1994

92. Əfqanıstan -16 noyabr 1994

93. Nikaraqua - 23 noyabr 1994

94. Anqola - 1 dekabr 1994

95. Kolumbiya - 13 dekabr 1994

96. Maldiv - 20 dekabr 1994

97. Honduras - 22 dekabr 1994

98. Kamboca - 28 dekabr 1994

1995-ci ildə qurulan diplomatik əlaqələr

99. Malta - 9 yanvar 1995

100. Qayana - 9 yanvar 1995

101. Uruqvay - 11 yanvar 1995

102. Xorvatiya - 26 yanvar 1995

103. Bosniya və Herseqovina 9 fevral 1995

104. Kamerun - 24 fevral 1995

105. Nepal - 28 fevral 1995

106. Burundi - 2 mart 1995

107. Syerra-Leone - 13 mart 1995

108. Sent Kids və Nevis - 22 mart 1995

109. Antiqua və Barbuda - 5 aprel 1995

110. Panama – 6 avqust 1995.

111. Venesuela - 12 may 1995

112. Laos - 22 may 1995

113. Mozambik - 20 iyun 1995

114. Makedoniya - 28 iyun 1995

115. Uqanda - 19 avqust 1995

116. Özbəkistan - 2 oktyabr 1995

117. Niger - 10 noyabr 1995

118. Yamayka - 22 noyabr 1995

119. Brüney Darussalam - 24 noyabr 1995

120. Litva - 27 noyabr 1995

1996-cı ildə qurulan diplomatik əlaqələr

121. Sloveniya - 20 fevral 1996

122. Seneqal - 14 mart 1996

123. Andorra - 30 aprel 1996

124. Şri-Lanka - 21 may 1996

125. Liberiya - 22 may 1996

126. Peru - 25 iyun 1996

127. İrlandiya - 1 iyul 1996

128. Boliviya - 8 iyul 1996

129. Mavrikiy - 19 iyul 1996

130. Qabon - 1 oktyabr 1996

131. Cibuti - 22 oktyabr 1996

132. Bəhreyn - 6 noyabr 1996

133. Kot d’İvuar - 19 noyabr 1996

134. Mali - 26 noyabr 1996

1997-ci ildə qurulan diplomatik əlaqələr

135. Kosta-Rika - 15 yanvar 1997

136. Serbiya - 21 avqust 1997

1998-ci ildə qurulan diplomatik əlaqələr

137. İslandiya - 27 fevral 1998

138. Tunis - 1 iyul 1998

1999-cu ildə qurulan diplomatik əlaqələr

139. El-Salvador - 23 mart 1999

140. Myanma - 3 avqust 1999

141. Benin - 14 oktyabr 1999

2000-ci ildən bu günədək qurulan diplomatik əlaqələr

142. Surinam - 11 fevral 2000

143. San Marino - 19 aprel 2002

144. Beliz -24 iyun 2002

145. Haiti - 9 may 2003

146. Sent Vinsent və Qrenadin - 23 may 2003

147. Ekvador - 22 mart 2004

148. Somali - 22 mart 2004

149. Kabo Verde - 22 mart 2004

150. Çad - 5 aprel 2004

151. Şərqi Timor - 5 aprel 2004

152. Paraqvay - 20 aprel 2004

153. Eritreya - 20 aprel 2004

154. Malavi - 21 may 2004

155. Burkino Faso - 28 may 2004

156. Ruanda - 28 may 2004

157. Keniya - 28 may 2004

158. Ekvatorial Qvineya - 11 noyabr 2004

159. Nauru Respublikası - 11 noyabr 2004

160. Dominikan Respublikası - 12 noyabr 2007

161. Monako - 19 dekabr 2007

162. Monteneqro - 24 aprel 2008

163. Zimbabve - 24 oktyabr 2008

164. Tuvalu - 9 sentyabr 2009

165. Svaziland - 7 yanvar 2010

166. Marşal Adaları - 10 mart 2010

167. Santa Lusiya - 11 mart 2010

168. Fici Respublikası - 18 mart 2010

169. Grenada - 23 sentyabr 2010

170. Toqo - 28 dekabr 2010

171. Solomon Adaları - 8 fevral 2011

172. Dominika Birliyi - 4 mart 2011

173. Trinidad və Tobaqo - 11 aprel 2011

174. Konqo Demokratik Respublikası - 23 sentyabr 2011

175. Lesoto - 28 sentyabr 2012

176. Cənubi Sudan - 23 oktyabr 2012

177. Butan - 7 fevral 2013

178. Baham Adaları - 2 may 2017

179. Vanuatu - 22 sentyabr 2017

180. Samoa - 19 yanvar 2018

181. Palau - 1 fevral 2018.

DİGƏR XƏBƏRLƏR

Top