Türkiyə-Hollandiya münasibətlərində yeni mərhələ - FOTO

Hollandiya və Türkiyə qarşılıqlı olaraq bir-birilərinə səfir təyin edəcəklər.

Yeniavaz.com-un məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, hollandyalı həmkarı Stef Blok ilə Vyanada görüşüb: “Əlaqələrimizi normallaşdırmaq qərarına uyğun olaraq səfirlərimizi ən qısa müddətə təyin edəcəyik. Bundan başqa, həmkarım Blok oktyabrın əvvəlində ölkəmizə rəsmi səfər edəcək”.

DİGƏR XƏBƏRLƏR

Top