126 nömrəli məktəbin müəllim və şagirdlərinin aqibəti necə olacaq? - AÇIQLAMA

Təhsil Nazirliyinin müvafiq əmri ilə 126 saylı tam orta məktəb təmayül liseyə çevrilib.

Bu barədə 126 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur:

"Ölkəmizdə uşaq və gəncləri sağlam həyat tərzinə istiqamətləndirmək, idmana meyil və marağı olan məktəbyaşlı uşaqları aşkara çıxarmaqla onların mənəvi və fiziki inkişafının təmin edilməsinə şərait yaratmaq, yüksək səviyyəli idmançılar hazırlamaq, habelə məktəblilərin potensial imkanlarının davamlı inkişafı üçün əlverişli infrastruktur və səmərəli tədris-idman sisteminin yaradılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 20.07.2018-ci il tarixli əmr imzalanıb. Bu məsələ ilə bağlı avqustun 29-da məktəbin kollektivi ilə görüş keçirilib. Görüşdə müəllimlərin sualları cavablandırılıb. Bildirilib ki, Təhsil Nazirliyinin tabeliyindəki "Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər Futbol Məktəbi ilə Bakı şəhəri 126 nömrəli tam orta məktəbin bazasında "Vətən” İdman liseyinin yaradılması tədrisə və müəllim kollektivinin fəaliyyətinə müsbət təsir göstərəcək. Müəllimlərin dərs yükündə azalma hallarına yol verilməyəcək. Məktəbin ibtidai təhsil səviyyəsinin şagird və müəllimləri 244 nömrəli tam orta məktəbə köçürüləcək. Müəllimlərin və valideynlərin naratlığına heç bir əsas yoxdur".

(Qaynarinfo)

DİGƏR XƏBƏRLƏR

Top