Ərdoğan: “İnşallah ən qısa müddətə o kompleksləri alacağıq”

Türkiyənin S-400 zenit raket komlekslərinə və F-35 döyüş təyyarələrinə ehtiyacı var.

Yeniavaz.com “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyənin S-400-ə ehtiyacı var və bu komplekslərin alınması ilə müqavilə tamamlanıb: “İnşallah ən qısa müddətə o kompleksləri alacağıq”.

R.T. Ərdoğan qeyd edib ki, Türkiyənin layihə ortağı olduğu F-35 təyyarələrinə, öz milli təyyarələrinə və ya başqa ölkəylə dəyişdirəcəyi təyyarələrə də ehtiyacı var: “ABŞ F-35 təyyarələrini bizə verib-verməyəcəyini deyə bilmərəm. Versələr, razılaşmaya əməl etdiklərini sübut edəcəklər. İndiyə qədər ortaq olduğumuz üçün 900 milyon dollar ödəmişik. Bizə 120 ədəd F-35 təyyarəsi verilməlidir. Verərlər, ya da verməzlər. Artıq dünya tək ölkədən ibarət deyil. Bunların çox alternativləri var. Ora verməsə, bunları başqa yerdən təmin edərik və ya istehsal edərik”.

DİGƏR XƏBƏRLƏR

Top