Putin Koçaryanı təbrik edib

Rusiya prezidenti Vladimir Putin Ermənistanın sabiq prezidenti Robert Koçaryana telefonla zəng edib.

Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, V. Putin avqustun 31-də 64 yaşı tamam olan Ermənistanın sabiq prezidentini təbrik edib.

R. Koçaryan 1998-2008-ci illərdə Ermənistanın prezidenti olub. Prezidentlikdən sonra o, siyasi fəaliyyətlə məşğul olmayıb.

R. Koçaryan avqustun 31-də "Sputnik-Ermənistan"a müsahibəsində Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top