Hiperinflyasiya və sürətli inflyasiyanın olduğu ölkələr - Aralarında qonşularımız da var

Bu il yanvar-iyul aylarında ötən ilin analoj dövrü ilə müqayisədə dünyada ən yüksək inflyasiya səviyyəsi Venesuelada qeydə alınıb. Bu ölkədə istehlak məhsullarının və xidmətlərin qiymətləri əvvəllki illə müqayisədə 830 dəfə artıb. Yeniavaz.com "tradingeconomics.com" saytında yer alan məlumatlara istinadən bildirir ki, bu ilin il 7 ayı ərzində dünyada hiperinflyasiyanın (50%-dan yüksək) və sürətli inflyasiyanın (10%-dan yüksək) qeydə alındığı 18 ölkə arasında Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İran və Türkiyə də yer alıb. Son 7 ayda İtanda 18%, Türkiyədə isə 15,8% həddində inflyasiya qeydə alınıb.

Məlumat üçün bildirək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% həddində qiymət artımı müşahidə olunub.

Dünyada hiperinflyasiya və sürətli inflyasiyanın qeydə alındığı ölkələrin siyahısını təqdim edirik:

1. Venesuela - 82766 %

2. Cənubi Sudan - 122,9 %

3. Sudan - 63,9 %

4. Mərkəzi Afrika Respublikası - 38 %

5. Argentina - 31,2 %

6. Konqo – 29,8 %

7. Suriya - 27,1 %

8. Liberiya - 21,4 %

9. Anqola - 19 %

10. İran - 18 %

11. Syerra-Leone - 16,6 %

12. Türkiyə - 15,8 %

13. Özbəkistan - 14,4 %

14. Efiopiya - 14 %

15. Haiti - 13,6 %

16. Misir - 13,5 %

17. Livan - 12,1 %

18. Nigeriya - 11,1%

DİGƏR XƏBƏRLƏR

Top