
Kosova vətəndaşları Avropa İttifaqı (Aİ) ölkələrinə vizasız səfər edə biləcəklər.
Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu, Avropa Parlamentinin LIBE (Mülki haqlar, hüquq və daxili mövzular) komitəsinin Kosova ilə viza məhdudiyyətini aradan qaldırmasını qəbul etdikdən sonra mümkün olub.
LIBE komitəsində keçirilən səsvermədə Kosova ilə vizasız rejimə keçilməsinin lehinə 30, əleyhinə 10 səs verilib. İki nəfər bitərəf qalıb.
Tətbiqimizi yükləyə bilərsiniz