Efiopiyada hərbi helikopter qəzaya uğradı: 18 ölü

Efiopiyanın Oromiya regionunda hərbi helikopter qəzaya uğrayıb.

Reuters-in məlumatına görə, hadisə nəticəsində 18 nəfər ölüb.

Onlardan 15-i hərbçi, üçü isə mülki vətəndaşdır.

Ölənlərdən ikisinin uşaq olduğu qeyd olunur.

Polis nümayəndəsi bildirib ki, helikopter ölkənin şərqində Dıre-Daua şəhərində havaya qalxıb. O, Debre-Zeyt yaşayış məntəqəsində Hərbi-Hava Qüvvələrinin bazasına uçurdu.

Hazırda mütəxəssislər qəzanın səbəblərini araşdırırlar.

(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top