Mingəçevirə qonaq gələn şəxs su anbarında boğulub

Mingəçevirə qonaq gələn 25 yaşlı Göyçay sakini su anbarında çimərkən batıb.

Yeniavaz.com xəbər verir ki, hadisə ötən gün baş verib.

Kamil Hüseynov sərinləmək üçün suya daxil olub, bir qədər sonra onun boğulduğu məlum olub.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Göyçay sakinin axtarışları davam etdirlir.

Qeyd edək ki, gənc oğlan ailəli olub, bir övladı var.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top