Bakı əhalisinin sayı AÇIQLANDI - Qadınlar kişilərdən çoxdur

Bu ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 7,1 min nəfər artaraq iyul ayının 1-i vəziyyətinə 2 milyon 269,7 min nəfərə çatıb. Yeniavaz.com Bakı şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 1060 nəfər olub.

Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 14 min 570 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13 təşkil edir. Doğulan körpələrin 156 nəfəri əkiz, 2 -si üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,5 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 110 oğlan düşür.

Cari ilin birinci yarısında Bakı şəhərində 6 min 808 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 olub.

2018-ci ilin yanvar-iyun ayları ərzində qeydiyyat şöbələri tərəfindən 6 min 960 nikah və 2 min 374 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6-dan 6,2-yə yüksəlib, boşanmaların sayı isə 2,2-dən 2,1-ə qədər enib.

DİGƏR XƏBƏRLƏR

Top