Ən nüfuzlu 10 rusiyalı arasında azərbaycanlı da var

“Forbes” jurnalı 2018-ci idə ən nüfuzlu rusiyalıların ilk reytinqini dərc edib. Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahıya Rusiya Prezidenti Vladimir Putin başçılıq edib.

“Sberbank”ın prezidenti və İdarə heyətinin sədri German Qref ikinci yerdə qərarlaşıb. İlk üçlüyü isə “Rosneft” şirkətinin İdarə heyətinin sədri İqor Seçin tamamlayır. Dördüncü və beşinci yerləri müvafiq olaraq, “Qazprom”un İdarə heyətinin sədri Aleksey Miller və Rusiyanın Baş naziri Dmitri Medvedev tutublar.

Ən nüfuzlu rusiyalılardan ibarət ilk onluğa, həmçinin ardıcıl olaraq “Surqutnefteaz”ın baş direktoru Vladimir Boqdanov, Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiya Dəmir Yollarının baş direktoru Oleq Belozerov və “Lukoyl”un prezidenti Vahid Ələkbərov daxil olublar.

Bundan başqa, ən nüfuzlu region rəhbəri Moskva meri Sergey Sobyanin (13-cü yer), ən nüfuzlu nazir Maliyyə naziri və Baş nazirin birinci müavni Anton Siluanov (16), ən nüfuzlu KİV əməkdaşı VQTRK-nın baş direktoru Oleq Dobrodeyev (71), ən nüfuzlu deputat isə Dövlət Dumasının sədri Vyaçeslav Volodin (83) olublar.

DİGƏR XƏBƏRLƏR

Top