Ana ilə qızını öldürən saxlanıldı - Dəhşətli cinayətin təfərrüatı - YENİLƏNİB

Cəlilabad rayonunda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub. Yeniavaz.com-un qafqazinfo-ya istinadən verdiyi məlumata görə, 86 yaşlı Firuzə Əskərova və onun qızı 46 yaşlı Sənubər Əskərovanı öldürməkdə şübhəli bilinən qonşuları, “Cıkma” ləqəbli Yaşar Bayramov saxlanılıb.

“Cıkma” uzun illər əvvəl mərhumun oğlu Qiyası bıçaqlayaraq yaralayıb. Qiyasın şikayəti ilə həbs edilərək azadlıqdan məhrum edilib. “Cıkma” isə həbsdən çıxdıqdan sonra Qıyası öldürəcəyini deyib. Lakin onun azadlığa çıxdığı gün Qiyas xəstəlikdən vəfat edib.

İlkin ehtimala görə, Yaşar Bayramov ailə üzvlərini qisas məqsədi ilə öldürüb.

Belə ki, o, Bakıda daş karxanasında işləyirmiş, iki gün əvvəl kəndə qayıdıb. Dünən isə mərhum Firuzə Əskərova ilə mübahisəsi yaranıb.

Axşam saatlarında onların evinə gedən Y.Bayramov S.Əskərovanı zorlayıb, sonra isə boğaraq öldürüb. F.Əskərovanı isə evin arxasında başını kəsib və tövləyə qədər sürüyərək aparıb. Qan izləri də yerdə qalıb. Onun başı kəsilmiş meyitini tövlədə qoyaraq çıxıb gedib.

S.Əskərova ailə həyatı qurmayıb. O anası ilə həmin evdə tək yaşayıb.

Y.Bayramov 3 dəfə evil olub. Birinci arvadından 3 övladı dünyaya gəlib, indi isə 3-cü arvadı hamilədir.

12:35***

Qətli törətməkdə şübhəli bilinən kənd sakini, ailənin qonşusu “Cıkma” ləqəbi ilə tanınan Yaşar Bayramov saxlanılıb. “Cıkma” uzun illər əvvəl mərhumun oğlu Qiyası bıçaqlayaraq yaralayıb. Qiyasın şikayəti ilə həbs edilərək azadlıqdan məhrum edilib. “Cıkma” isə həbsdən çıxdıqdan sonra Qıyası öldürəcəyini bildirib. Lakin onun azadlığa çıxdığı gün Qiyas xəstəlikdən vəfat edib.

11:23***

Cəlilabad rayonu, Qarazəncir kəndində ana və qızı qətlə yetirilib.

Yeniavaz.com-un qafqazinfo-ya istinadən verdiyi məlumata görə, hadisə avqustun 29-u gecə saatlarında baş verib. 86 yaşlı Firuzə və qızı 46 yaşlı Sənubər yaşadıqları evdə qətlə yetiriliblər.

Hadisəni törədən şəxs və ya şəxslər Firuzənin meyitini evin arxasında doğrayaraq tövlədə gizlədiblər. Qızı Sənubərin meyiti isə evin içindən tapılıb.

Hazırda polis və prokuorluq orqanlarının əməkdaşları hadisə yerindədirlər. Araşdırma aparılır.

İlkin ehtimala görə, Yaşar Bayramov ailə üzvlərini qisas məqsədi ilə öldürüb. 86 yaşlı Firuzə Əskərovanın başını kəsərək tövləyə aparıb.

Y. Bayramov Bakıda daş karxanasında işləyirmiş, iki gün əvvəl kəndə qayıdıb. Dünən isə mərhum Firuzə Əskərova ilə mübahisəsi yaranıb.

DİGƏR XƏBƏRLƏR

Top