Xaricdən gətirilən saqqalların qiyməti bahalanıb

Bu ilin ilk yarısında Azərbaycana xarici ölkələrdən 9 min 622 kiloqram insan saçından və heyvan tüklərindən hazırlanan pariklər, qoyulma saqqallar, qaşlar və kipriklər gətirilib.

Yeniavaz.com-un Dövlət Statistika Komitəsinin açıqladığı statistik göstəricilərə istinadən apardığı hesablama göstərir ki, ötən illə müqayisədə idxal olunan pariklər, saqqallar, qaşlar və kipriklərin miqdarı 5,5% və ya 500 kiloqram artıb. İdxal olunan bu malların dəyəri isə miqdarından daha çox artıb - 63,1% və ya 29,1 min dollar.

Məlumat üçün bildirək ki, ötən ilin ilk yarısında idxal olunan 9 min 121,98 kiloqram pariklər, saqqallar, qaşlar və kipriklər üçün 46 min 150 dollar ödəndiyi halda, bu ilin ilk yarısında idxal olunan 9 min 622 kiloqram üçün 75 min 280 dollar ödənilib.

Onu da bildirək ki, ötən ilin ilk yarısında idxal olunan pariklər, saqqallar, qaşlar və kipriklərin 1 kiloqramının gömrük dəyəri 5,1 dollar olduğu halda, bu ilin ilk yarısında 7,8 dollara yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top