Ərdoğan: Türkiyə iqtisadiyyatının struktur problemləri var

Türkiyə iqtisadiyyatında həll edilməli olan struktur problemləri mövcuddur. Yeniavaz.com NTV telekanalına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, hökumət bu problemləri bilir və onların həlli üçün çalışır: “Dövlət qurumları ehtiyac duyulan tədbirləri görürlər. Bizi iqtisadiyyat vasitəsilə sıxışdırmağa çalışırlar. Bunu açıq şəkildə ifadə edirlər. Biz bu dalğanın öhdəsindən gələcəyik. İnfrastrukturumuzun bunun öhdəsindən gələcəyinə inanıram. Biz bu cür təhdidlər qarşısında geri addım atmayacağıq”.

DİGƏR XƏBƏRLƏR

Top