Putin xalqa müraciət etdi: Pensiya yaşını artırmaq lazımdır

Rusiyada qadınlar üçün pensiya yaşını 60, kişilər üçün isə 65 yaşadək artırmaq lazımdır.

Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa pensiya islahatları ilə bağlı telemüraciət zamanı deyib.

O hesab edir ki, vaxtından əvvəl pensiyaya çıxmaq haqqı verən stajı üç il müddətinə azaltmaq lazımdır: “Qadınlar üçün 37 yaşadaək, kişilər üçün isə 42 yaşadək”. Bundan başqa, V. Putin çoxuşaqlı analar üçün erkən pensiyaya çıxmağın müəyyənləşdirilməsini təklif edib: “Yəni əgər qadının üç uşağı varsa, o, vaxtından üç il əvvəl pensiyaya çıxa biləcək. Əgər uşaqların sayı dörddürsə, vaxtından dörd il əvvəl pensiyaya çıxacaq. Beş və daha çox uşaqları olan qadınlar üçün isə hər şey indiki kimi qalmalıdır, onlar 50 yaşında pensiyaya çıxa bilərlər”.

Rusiya Prezidenti vəd verib ki, 2024-cü ilədək pensiyalar 20 min rubladək artacaq: “Yaxın 6 il ərzində pensiyalar orta hesabla 1 000 rubl artacaq”.

DİGƏR XƏBƏRLƏR

Top