Kılıçdaroğlundan Ərdoğana: Sübut etsən siyasətdən gedəcəm

“Mənim valyuta baronları ilə 1 lirə də olsa əlaqəmin olduğunu sübut etsən, siyasətdən gedəcəm”.

Yeniavaz.com NTV telekanalına istinadla xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının sədri (CHP) Kamal Kılıçdaroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək deyib.

Ölkədəki iqtisadi vəziyyətə toxunan CHP sədri bildirib ki, ölkə borc bataqlığının içindədir: “Hesab aparmayan bəsirətsiz idarəçilik Türkiyəni əsir alıb. Xalqa söz verdikləri kimi deyil, istədikləri kimi idarə etdilər. Türkiyə ciddi iqtisadi böhranla üz-üzədir. Osmanlı dövlətinin Lalə dövrünü yaşayırıq. Mənim valyuta baronları ilə 1 lirəlik əlaqəmin olduğunu sübut etsən, siyasətdən gedəcəm”.

DİGƏR XƏBƏRLƏR

Top