Ağdamın yeni icra başçısı təyinatından danışdı

Ağdam Rayon İcra Hakimiyyətinə yeni başçı gələn Vaqif Həsənov təyinatından danışıb.

Yeniavaz.com xəbər verir ki, unikal.org-a danışan Vaqif Həsənov prezidentin bütün tapşırıqları yerinə yetirəcəyini bildirib.

O, əlavə edib ki, xalqın rifahı üçün yeni iş yerləri açılacaq, görüləcək işlər dəqiqləşdiriləcək:

"Allah prezidentimiz İlham Əliyevə can sağlığı versin. Bütün Azərbaycan xalqının nicat yolu prezidentimizin siyasəti ilə bağlıdır. Məsləhət bilib, məni təyin etdi. Mən də canla, başla onun tapşırıqlarını yerinə yetirəcəm. Çalışacam ki, Ağdam camaatının rifahı üçün əlimdən gələni artıqlaması ilə edim. Ağdam rayonuna xalqa xidmət üçün gəlmişəm".

DİGƏR XƏBƏRLƏR

Top