Ukrayna ABŞ-dan 2 milyard dollardan artıq HHM sistemləri almaq istəyir

Ukrayna hava hücumundan müdafiə (HHM) sistemlərinin alınması ilə bağlı ABŞ-a rəsmi sorğu göndərib.

Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın Vaşinqtondakı səfiri Valeri Çalıy deyib.

Onun sözlərinə görə, bir ədəd HHM sisteminin qiyməti 750 milyon dollardır: “Ukrayna ordusuna isə ən azı üç HHM sistemi lazımdır. Bizim dəniz və hərbi hava məkanlarında bu sistemlərə ehtiyacımız var. Onlarsız ölkənin müdafiəsini təmin edə bilməyəcəyik”.

V. Çalıy qeyd edib ki, Ukrayna ordusunun, həmçinin pilotsuz uçuş aparatlarına, əks-batareya radarlarına və əks-snayper sistemlərinə ehtiyacı var.

Xatırladaq ki, iyul ayında ABŞ-ın Raytheon — Lockheed şirkətlər qrupu Pentaqondan Ukrayna, Litva, Estoniya, Türkiyə, Avstraliya və Tayvan üçün “Javelin” tank əleyhinə raket komplekslərinin istehsalı üzrə müqavilə alıb. Müqaviləni dəyəri 307,5 milyon dollar təşkil edib.

ABŞ təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsində hərbi texnikanın alınması və hərbçilərin hazırlığı məqsədi ilə daha əvvəl Ukraynaya 200 milyon dollar ayırmaq qərarına gəlib. Vaşinqton 2014-cü ildən bəri Kiyevə 1 milyard dollardan çox yardım ayırıb.

DİGƏR XƏBƏRLƏR

Top