Tramp jurnalistlərə qırmızı vərəqə göstərdi


ABŞ prezidenti Donald Tramp Ağ evdə FIFA prezidenti Canni İnfantino ilə görüşdən sonra jurnalistlərə qırmızı vərəqə göstərib. TASS agentliyinin məlumatına görə, Trampın bu hərəkətini otaqda olanlar gülüşlə qarşılayıb.

Görüşdə İnfantino sarı və qırmızı vərəqələri barədə məlumat verdikdən sonra Tramp qırmızı vərəqəni götürüb və media nümayəndələrinə göstərib.

“Bu çox yaxşıdır, xoşuma gəlir”, - deyə Tramp bildirib.(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top