Türkiyədə kovboylar haqqında filmlər göstərilməyəcək

Türkiyənin TRT dövlət teleradio şirkəti 10 illər ərzində hər bazar günü səhər saatlarında kovboylar haqqında yayımladığı filmlərin nümayişini dayandırıb. Yeniavaz.com-un “Mynet” portalına istinadən verdiyi məlumata görə, bu qərarın səbəbi Türkiyənin ABŞ ilə münasibətlərinin pisləşməsi olub.

TRT 1980-cı illərdən Amerika filmlərini göstərməyə başlayıb. Bu tarixdən bəri ilk dəfə olaraq kovboy filmi avqustun 26-da efirə çıxmayıb. İndi tamaşaçılar kovboyların macəralarının əvəzinə “Ya Nasip Ya Kismet” türk serialına baxa biləcəklər.

DİGƏR XƏBƏRLƏR

Top