Azərbaycanın cənub bölgəsində ardıcıl üçüncü dəfə zəlzələ olub

Azərbaycanın cənub bölgəsində ardıcıl üçüncü dəfə zəlzələ olub.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən report-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 17:04:03-də Lerikdə - Lənkəran stansiyasından 12 kilometr cənub-qərbdə qeydə alınıb.

Maqnitudası 3,1 bal gücündə, dərinliyi 12 kilometr olan zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bundan əvvəl Lerik rayonunda 5,1 bal və 3,7 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top