Nazir: İran bunu etsə, ona zərbələr endirəcəyik

İran Hörmüz boğazını bağlasa, Səudiyyə Ərəbistanı bu ölkəyə zərbələr endərəcək. Yeniavaz.com-un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının energetika naziri İbrahim əl-Muhanna deyib.

Onun sözlərinə görə, Tehranın strateji önəm kəsb edən Hörmüz boğazını bağlamağa səlahiyyəti yoxdur: “Boğazın şimal sahilləri iranlılara, cənub sahili isə Birləşmiş Ərəb Əmirlikləri və Omana məxsusdur. Əgər İran onu bloka almaq qərarına gəlsə, BMT-nin Təhlükəsizlik Şurası hərbi müdaxiləyə icazə verəcək”.

Nazir əlavə edib ki, Tehrana qarşı sanksiyalar çətin ki dayandırılsın.

DİGƏR XƏBƏRLƏR

Top