Şəhriyara sponsor olmaq istəyənlər növbəyə durdu: "Bir-bir zəng vururlar"

"Şəhriyar Məmmədyarov elə şahmatçıdır ki, ona dəstək olmaq istənilən şirkət üçün şərəf olacaq. Əgər şahmat tacını Bakıya qaytarmaq istəyiriksə sponsor və ya sponsorlar mütləq olmalıdır".

Yeniavaz.com xəbər verir ki, bu fikirləri tanınmış idman jurnalisti, aparıcı Sənan Şəfizadə sosial şəbəkədəki səhifəsində bildirib.

"Məlum statusdan sonra bəndənizə zəng vuran 2 bank, qida sektorunu təmsil edən 1 şirkət, 1 otel onunla sponsorluq müqaviləsi imzalamağa hazır olduğunu bildirib. Menecerinə yönəltmişik, yəqin nəticəsi müsbət olacaq.

Bir şirkət 3 il müddətinə onun şəxsi saytını pulsuz idarə etmək, eləcə də dizaynını yeniləməyi təklif etdi. Təkliflər az deyil.

Sadəcə çox istərdim ki, Şəhriyarın sponsoru dünya brend şirkətlərindən biri olsun",-deyə S. Şəfizadə vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top