Qəzaya düşdü, 23 gün sonra öldü

Bərdədə avqustun əvvəlində qəzaya düşən şəxs dünən ölüb. Yeniavaz.com DİN-ə istinadən xəbər verir ki, avqustun 4-də Bərdə rayonu ərazisində Laçın rayon sakini Səlim Əkbərovun və Tərtər rayon sakini Nəsir Alıyevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.

Nəticədə S.Əkbərovun sərnişini, Bərdə rayon sakini Mənsurə Kəlbalıyeva və N.Alıyevin sərnişini xəstəxanaya yerləşdirilib. Avqustun 27-də M.Kəlbalıyeva orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top