Rəşad Sadıqov yığmanın heyətini açıqladı

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsrail və Norveç ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyəti açıqlanıb. AFFA-nın rəsmi saytının yaydığı xəbərə görə, baş məşqçi Rəşad Sadıqov bu gündən təlim-məşq toplanışına başlayan komandaya 25 futbolçu dəvət edib.

Kamran İbrahimov ("Neftç"), Aydın Bayramov ("Sabah"), Nicat Mehbalıyev ("Qarabağ"), Amin Seydiyev ("Qəbələ"), Ömər Buludov ("Neftçi"), İbrahim Hüseynov ("Qarabağ"), Bəhlul Mustafazadə ("Qəbələ"), Anton Krivotsyuk ("Neftçi"), Yusif Nəbiyev ("Sumqayıt"), Elvin Sərkərov ("Neftçi"), Sərtan Taşkın ("Keşlə"), İlkin Muradov ("Zirə"), Murtuz Abakarov ("Səbail"), İsmayıl İbrahimli ("Qarabağ"), Qismət Alıyev ("Qəbələ"), Budaq Nəsirov ("Zirə"), Hacıağa Hacılı ("Qarabağ"), Fəhmin Muradbəyli ("Səbail"), Ziya Əzizov ("NEK Neymegen", Hollandiya), Ozan Can Kökcü ("Giresunspor", Türkiyə), Fərid Nəbiyev ("Slaviya", Praqa, Çexiya), Barış Ekincier "Bohum 1848", Almaniya), Murad Mahmudov ("Ayntraxt", Almaniya), Renat Dadaşov ("Eştoril", Portuqaliya), Ülvi İsgəndərov ("Sumqayıt")

Qeyd edək ki, U-21 yığmamız sentyabrın 6-da İsrail, 11-də isə Norveçlə qarşılaşacaq. Hər iki oyun Bakıda olacaq.(Qol.az)

DİGƏR XƏBƏRLƏR

Top