Tramp son əsrdə ev heyvanı olmayan ilk ABŞ prezidentidir

Donald Tramp son 100 il ərzində heç bir ev heyvanı olmayan ilk ABŞ Prezidentidir. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, Amerika prezidentləri arasında ən populyar ev heyvanı it olub.

ABŞ-ın 45 liderindən 30-unun heç olmasa bir iti olub. Ev heyvanları sahibləri ilə birlikdə Ağ evin Qərb qanadında yaşayıb. Ölkənin əsas iqamətgahında ev heyvanı saxlamaq ənənəsinin başlanğıcını ABŞ-ın ilk Prezidenti Corc Vaşinqton (1789-1797-ci illər) qoyub. O, Ağ evin qarşısındakı çəmənlikdə öz sevimli itini gəzdirib.

DİGƏR XƏBƏRLƏR

Top