Rusiya 1981-ci ildən bəri ən böyük hərbi təlimlər keçirəcək: 300 min hərbçi ilə

Sentyabrın 11-dən 15-dək keçiriləcək “Şərq-2018” hərbi təlimləri 1981-ci ildən bəri keçirilmiş ən böyük hərbi təlimlər olacaq. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, təlimlərdə təqribən 300 min hərbçi, 36 min tank, zirehli transportyor və digər maşınlar, mindən çox helicopter, təyyarə və pilotsuz uçuş aparatı iştirak edəcək.

S. Şoyqu qeyd edib ki, təlimlər “Qərb-81” təlimlərini hardasa təkrarlayır, lakin indiki təlimlər daha irimiqyaslı olacaq: “Təlimlər Mərkəzi və Şərqi hərbi dairələrinin demək olar bütün poliqonlarında keçiriləcək. Təlimlərdə Sakit okean və Şimal donanmaları iştirak edəcəklər, eləcə də Hava Desant Qoşunları tam cəlb olunacaq”.

Xatırladaq ki, “Qərb -81” təlimləri 1981-ci ilin sentyabrında Belarus, Baltikyanı ölkələr və Ukrayna ərazisində keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top