Avropa İttifaqı Ukraynaya 1 milyard avro verəcək

Kiyev və Brüssel tezliklə Ukraynaya 1 milyard avro məbləğində makromaliyyə yardımının verilməsi haqqında saziş imzalayacaq. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın Avropa İttifaqındakı (Aİ) nümayəndəsi Nikolay Toçitski deyib.

Onun sözlərinə görə, tərəflər şərtlər barədə razılığa gəliblər, lakin onların məzmunu hələ açıqlanmır: “İrəliləyiş və şərait var. Mən saziş imzalanmayanadək təəssüf ki, onları açıb deyə bilmərəm. Saziş yaxın vaxtlarda imzalanacaq”.

Xatırladaq ki, Aİ Şurası iyunun sonunda Ukrayna üçün həcmi 1 milyard dollar təşkil edəcək dördüncü yardım proqramının başlamasını qəbul etmişdi. Bunun əleyhinə yalnız Macarıstan çıxmışdı.

DİGƏR XƏBƏRLƏR

Top