Merkel və Tramp İdliblə bağlı Putinə çağırış etdi

Almaniya Kansleri Angela Merkel və ABŞ Prezidenti Donald Tramp İdlib vilayətində böhranın eskalasiyasına yol verməmək üçün Rusiyanı Suriya hökumətinə təsir etməyə çağırıb. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybertin A. Merkel və D.Tramp arasında baş tutmuş telefon danışığı üzrə dərc etdiyi məlumatda deyilir.

Ş. Zaybert deyib ki, telefon söhbəti zamanı aktual beynəlxalq çağırışlar, eləcə də ticarət məsələləri diqqət mərkəzində olub: “Kansler və Prezident Suriyada hadisələrin inkişafı, xüsusən də İdlibdə humanitar vəziyyətlə bağlı əndişələrini bölüşüblər. Rusiyaya çağırış etmək lazımdır ki, o, gələcəkdə eskalasiyanın qarşısını almaq məqsədilə Suriya rejiminə təsir etsin. Söhbətin digər mövzularını Ukraynada, eləcə də Qərbi Balkanlardakı vəziyyət təşkil edib”.

DİGƏR XƏBƏRLƏR

Top