Nazirdən göstəriş: Dövlət binalarının girişində Ərdoğanın şəkli asılsın

Türkiyədə Daxili İşlər Nazirliyinə bağlı dövlət qurumları, valiliklər, icra hakimiyyətləri, Jandarmeriya Baş Komandanlığı, Təhlükəsizlik Baş İdarəsi və Sahil Təhlükəsizlik Komandanlığı binalarının və bunlara tabe olan polis məntəqələrinin girişində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın portreti asılacaq. Yeniavaz.com-un DHA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu sərəncam imzalayıb.

Sərəncamda R.T. Ərdoğanın fotoşəkilinin www.illeridaresi.gov.tr internet ünvanından götürülməsinə dair tapşırıq yer alır. İyulun 31-də yayımlanan sərəncamdan sonra icra hakimiyyətləri, valiliklər, təhlükəsizlik idarələri və polis məntəqələrində R. T. Ərdoğanın portretinin asılmasına hazırlıq işləri görülür. Dövlət qurumlarının nümayəndələri fotoqrafiya studiyalarına gedərək sərəncamda qeyd edildiyi kimi R. T. Ərdoğanın 50x70 santimetr ölçüsündə rəngli portretini hazırlayaraq binaların girişinə asırlar.

DİGƏR XƏBƏRLƏR

Top