“Facebook” soyqırıma görə Myanma ordusu ilə bağlı addım atdı

“Facebook” şirkəti Myanma hərbçiləri ilə bağlı onlarla akkauntu və səhifəni öz sosial şəbəkələrindən silib.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, “Facebook”un bəyanatında deyilir ki, şirkət Myanmaya qarşı kin və dezinformasiyanın yayılmasının qarşısını almağa çalışır.

Bu çərçivədə “Facebook”da 12 akkaunt və 52 səhifə, “Instagram”da 1 akkaunt silinib. Onların 12 milyona yaxın abunəçisi olub. Ümumilikdə Myanmadan olan 20 vətəndaş və təşkilat “Facebook”un sosial şəbəkələrindən istifadə etmək hüququndan məhrum edilib. Onların arasında Myanma ordusunun baş komandanı Min Aunq Hlayn və “Myawady” hərbi telekanalı da var.

Xatırladaq ki, BMT Rakhayn ştatında Rohinca müsəlmanlarına qarşı soyqırımına görə Myanma ordusunun ali rəhbərliyinin mühakimə olunmasına çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top