Mingəçevir və Yevlaxda gecə reydləri keçirilib

Mingəçevir şəhərində gecə saatlarında keçirlən reyddə 80-dən artıq avtomobil saxlanılıb ki, onlardan 40-na inzibati protokol tərtib edilib.

Gecə reydində sərxoş sürücülər aşkarlanmasada, sənədsiz sükan arxasında əyləşənlər, təhlükəsizlik kəmərindən istifadə etməyən və digər qayda pozanlar üstünlük təşkil edib. Bəzi avtomobil sahibləri polisdən yayınmağa cəhd etsələr də, buna nail ola bilməyiblər.

Ölkə ərazində baş verən avto-qəzaların qarşısını almaq üçün reydlər davam etdirləcək.

Yevlaxda Dövlət Yol Polis əməkdaşlarının keçirdiyi reyd zamanı polisin saxla əmrinə tabe olmayanlarla yanaşı, müxtəlif qayda pozan sürücülər də aşkaralnıb. Yol polisinin rayonun müxtəlif hissələrində keçirdiyi reyd zamanı 40-dan artıq avtomobil saxlanılıb. Sürücülərdən bəziləri polis əmakdaşları ilə razılaşmayaraq, cərimə yazılmasına etiraz ediblər. Mikroavtobusla Şəkidən Yevlaxa sərnişin daşıyan sürücü isə, vəsiqəsiz mini maşını idarə etməyə imkan verdiyi halda daha böyük avtomobil idarə etməklə diqqət çəkib.

Yevlax Dövlət Yol Polisi Bölməsinin rəisi Azər Həsənov bildirib ki, bu cür reydlər mütəmadi olaraq keçiriləcək.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top