Ağstafada 292 məzun tələbə adını qazanıb

2017-2018-ci tədris ilində Ağstafa rayon təhsil müəssisələrində təhsil alan məzunlardan 292 nəfəri ali təhsil müəssisələrinə qəbul edilib. Rayon Təhsil şöbəsindən Yeniavaz.com-a bildirilib ki, bu məzunlardan Aybəniz İsmayılova “qızıl medalla” təltif edilib. 17 məzun 600 baldan çox, 42 məzun isə 500 baldan çox nəticə göstərib, 3 məzun isə xarici dövlətlərdə təhsil almaq hüququ qazanıb.

Qeyd edək ki, Ağstafa Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin XI siniflərini 742 nəfər şagird bitirib. Onların 292 nəfəri ali təhsil müəssisələrinə qəbul edilib. Ötən il isə bu rəqəm 225 nəfər idi. Belə ki, ötən il qəbul olanlar 31,6% təşkil edirdisə, bu il bu göstərici 39,3% təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top