SOCAR rəhbəri bir-neçə dəqiqə içərisində Prezidentə iki fərqli rəqəm deyib... FOTOFAKT

Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev İsmayıllı rayonuna, o cümlədən Lahıc qəsəbəsinə təbii qaz xəttinin çəkilməsi ilə bağlı görülən işlər barədə prezident İlham Əliyevə məlumat verərkən ölkə ərazisinin qazlaşdırılması ilə bağlı iki fərqli göstərici deyib. Yeniavaz.com Azərbaycan Prezidentinin rəsmi veb-səhifəsi olan president.az saytında yer alan məlumatlara istinadən bildirir ki, SOCAR prezidenti məlumat verərkən bildirib ki, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin həyata keçirdiyi tədbirlər nəticəsində ölkə ərazisinin qazlaşdırılması göstərici 93 faizə çatıb.

Daha sonra prezident İlham Əliyevin, "Qazlaşdırma bizdə neçə faizə çatıb?" sualına Rövnəq Abdullayev belə cavab verib: "Cənab Prezident, 2014-2018-ci illəri əhatə edən Dövlət proqramı çərçivəsində qaz şəbəkələrinin sahəsi 10 min 500 kilometrdən 45 min 500 kilometrə çatıb. Qazlaşdırma sahəsi arta-arta gedir. Bu gün ölkə üzrə qazlaşdırma səviyyəsi 95 faizdir".

Qeyd edək ki, ziddiyyətli göstəricilər (93 və 95 faiz), bu məlumatı ictimaiyyətə açıqlayan Prezidentin mətbuat xidmətinin əməkdaşlarının, həmçinin bu məlumatı tirajlayan rəsmi xəbər agentliyinin də diqqətindən yayınıb...

DİGƏR XƏBƏRLƏR

Top