Cəliləbadda sakinləri “qorxuya” salan iki uşaq imiş - Açıqlama

Cəlilabad rayonunda müəmmalı oğruların meydana çıxması ilə bağlı xəbər vermişdik.

İddia edilirdi ki, naməlum şəxslər Alar kəndində yerləşən yaşayış evlərinə daxil olaraq mənzillərə ziyan vururlar. Bu da kənd camaatı arasında təşvişə səbəb olub.

Bu iddiaları ilk xəbəri dərc edən zaman Cəlilabad rayonun hüquq-mühafizə orqanlarından dəqiqləşdirməyə çalışmışdıq. Orqandan deyilmişdi ki, deyilənlər həqiqəti əks etdirmir: “Əgər burada belə bir hadisə baş versəydi, bizim xəbərimiz olardı”.

Bu gün isə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisinin müavini, polis polkovniki Orxan Mansurzadə məsələnin təfərrüatı ilə bağlı məlumat verib: Çox təəssüf edirəm ki, həqiqəti əks etdirməyən xəbərlər yayılıb. Məsələni mahiyyəti bundan ibarətdir ki, valideyn nəzarətindən uzaq qalmış 2 qohum azyaşlı bir neçə evin damıına daş atıb. Onlar polis tərəfindən müəyyənləşib. Uşaqların valideyni və yaxın adamları ilə söhbət aparılıb, belə halların yol verilməzliyi onların nəzərinə çatdırılıb”.

(minval.info)

DİGƏR XƏBƏRLƏR

Top