Paşinyanın müşaviri istefaya gedib - Ailəsinə görə

Ermənistanın baş naziri Nikol Paşinyanın müşaviri Arsen Xaratyan özünün “Facebook” səhifəsində istefaya getdiyini açıqlayıb. “Sputnik Ermənistan” xəbər verir ki, öz qeydində Xaratyan istefa ərizəsinin səbəblərini də açıqlayıb.

Bildirlir ki, istefa ərizəsi baş nazirə hələ avqustun 23-də təqdim olunub.

Artıq keçmiş müşavirin sözlərinə görə, onun qərarı ilk növbədə ailəsinin Tbilisidə yaşaması ilə əlaqədardır. Ailə 2019-cu ilə kimi Gürcüstan paytaxtında yaşayacaq. İkinci səbəb isə vəzifədə olduğu 3 ay ərzində onun keçirdiyi “şəxsiyyət dəyişiklikləri”dir.

Xaratyan dəqiqləşdirib ki, Paşinyan ona bütün vaxtını Yerevanda keçirməyi və Tbilisiyə - ailəsinin yanına getməməyi tapşırıbmış. “Bu aylar ərzində, doğrudan da, iş tempi çox yüksək idi və mən anlayıram ki, fasilə götürməliyəım, ilk növbədə, ailəmin yanında olmaq üçün, həm də keçdiyim yolu dərindən analiz etmək üçün”, - o yazıb.

“Özümü komandanın üzvü hesab edirəm və statusumdan asılı olmayaraq qüvvəm daxilində Nikol Paşinyan hökumətinin fəaliyyətinə dəstək verəcəyəm”, - Xaratyan sözlərini belə bitirib.

(Virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top