Leyla Əliyeva anasını belə təbrik edib

Bu gün Azərbaycanın vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür.

Mehriban Əliyevanın böyük qızı Leyla Əliyeva bu münasibətlə anasını "İnstagram" səhifəsində təbrik edib.

O yazıb: "Sevimli anamı ad günü münasibəti ilə təbrik edirəm! Sən mənim dünyada ən çox sevdiyim insansan! Sevginə, səmimiyyətinə və sonsuz xeyirxahlığına görə sənə minnətdaram! Tanrı səni yer üzünə insanlara şəfqət, ümid, ədalət və sevgi bəxş etmək üçün göndərib! Sən dünyanın ən gözəl və ləyaqətli insanısan. Mən səni çox sevirəm, mənim anam, ən yaxşı dostum və əzizim! Təbriklərə görə hamıya təşəkkür edirəm, Allah sizə cansağlığı və bol sevgi bəxş etsin, bütün arzularınız həyata keçsin".

DİGƏR XƏBƏRLƏR

Top