İlham Əliyev bir sıra obyektlərin açılışında iştirak edib

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra obyektlərin açılışında iştirak edib.

Dövlət başçısı Şamaxıya səfəri çərçivəsində Meysəri kəndindədəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin açılışında iştirak edib.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İsmayıllı rayonuna səfəri çərçivəsində Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolunun, Keyvəndi kəndinin ərazisində istifadəyə verilən “AZZA AGRO” MMC-nin 1000 başlıq müasir heyvandarlıq kompleksinin, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının, yenidən qurulan 110/35/10 kilovoltluq 2x16 MVA gücə malik “İsmayıllı” yarımstansiyasının və Qaraməryəm-İsmayıllı-Şəki yolunun 5-ci kilometrliyindən ayrılan Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.

Prezident İsmayıllı rayonunda “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın açılışında iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev və sahibkar Bəşir Quliyev aqroparkda görülən işlər barədə dövlətimizin başçısına ətraflı məlumat veriblər.

Prezident İlham Əliyev müəssisəni işə salıb.

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin Şamaxı rayonunda ucaldılan abidəsini ziyarət edib.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev məlumat verib ki, ulu öndər Heydər Əliyevin abidəsinin yerləşdiyi parkda son vaxtlar yenidənqurma və abadlıq işləri aparılıb, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.

DİGƏR XƏBƏRLƏR

Top