Elbrusda 31 il əvvəl itkin düşmüş alpinist qadının meyiti tapıldı

Elbrus dağında 31 il əvvəl itkin düşmüş alpinist qadının meyiti tapılıb. Bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin Qaraçay-Çərkəz Respublikası üzrə Baş İdarəsindən bildiriblər.

Qadının meyiti turistlər tərəfindən 4 min metr yüksəklikdə aşkarlanıb.

Meyitə baxış keçirilərkən 1951-ci il təvəllüdlü Yelena Bazıkinaya məxsus pasport tapılıb. Həmçinin 1987-cilin ilin aprelin 10-da Y. Bazıkinanın adına alınan Moskva-Mineralnıye Vodı aviabileti üzə çıxıb.

Qeyd edək ki, 1987-ci ildə alpinistlərdən ibarət qrup sözügedən ərazidə qar uçqunu altında qalıb. O vaxt aparılan axtarışlar nəticə verməyib. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top