Kəbənin imamı həbs edildi - MARAQLI SƏBƏB

Kəbənin imamı Şeyx Saleh əl-Talib həbs edilib.

Həbsə səbəb imamın Tvitter paylaşımı olub.

İmam məlum paylaşımında qadın və kişilərin konsertlərdə birgə əylənməsini dini prinsiplərə zidd sayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman bir neçə gün əvvəl CBS telekanlına müsahibəsində ölkəsində qadın və kişilərin eyni məclisdə iştirak etməsinə qarşı olan irqçiləri tənqid edib, qadın və kişilərin eyni məclisdə iştirakının islam peyğəmbərinin həyat tərzinə uyğun olduğunu deyib.

Lakin imam xütbəsində Səudiyyə Ərəbistanının kral ailəsinin üzvlərini tənqid etməyib, buna görə həbs ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Səudiyyə tərəfi hələlik bununla bağlı rəsmi açıqlama verməyib.

Şeyx Saleh əl-Talibin həbs edilməsindən dərhal sonra Tvitter hesabının dondurulması da diqqət çəkib. (Teleqraf.com)

DİGƏR XƏBƏRLƏR

Top