Azərbaycan yaxın 8 ildə xaricdən 2 milyard dollar borc alacaq

2018-2025-ci illərdə prioritet hesab edilən layihələr üzrə dövlətin həyata keçirəcəyi yeni birbaşa xarici dövlət borcalmalarının ümumi məbləğinin 2 milyard 75 milyon dollar olacağı gözlənilir.

Yeniavaz.com "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"ya istinadən bildirir ki, bu məbləğin 500 milyon dolları Asiya İnkişaf Bankından (ADB), 325 milyon dolları "Azərbaycan Dəmir Yolları" QSC-nin sağlamlaşdırılması və Bakı-Yalama dəmir yolu xəttinin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi məqsədilə Asiya İnkişaf Bankı və Fransa İnkişaf Agentliyindən, 1 milyard 250 milyon dollar isə xarici valyuta nominallı dövlət qiymətli kağızlarının yenidən maliyyələşdirilməsinə cəlb ediləcək.

Strategiyada qeyd olunur ki, son illərdə dünya bazarlarında neftin qiymətində yaranan qeyri-sabitlik və bu səbəbdən icmal büdcə gəlirlərinin azalması xarici valyutada əlavə borc öhdəliklərinin yaradılmasına xüsusi diqqətlə yanaşmanı zəruri edir. Buna görə də 2018-ci ildə və növbəti illərdə yalnız bir sıra prioritet hesab edilən layihələr üzrə birbaşa və dövlət zəmanəti əsasında kredit vəsaitinin cəlb edilməsi nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top