Rayonlarımızın adları erməni dilində yazılıb - TƏXRİBAT - VİDEO

İşğal altında olan torpaqlarımız həm müstəqil respublika kimi göstərilib, həm də rayonlarımızın adları erməni dilində yazılıb.

Yeniavaz.com “Xəzər xəbər”ə istinadən xəbər verir ki, dünyada geniş yayılan, xüsusilə də turistlərin istifadə etdiyi naviqasiya proqramlarından biri olan ''Maps.me'' mobil tətbiqi Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata əl atıb.

Bu mobil tətbiqetmədə Azərbaycan torpaqları müstəqil Dağlıq Qarabağ Respublikası kimi göstərilib. Ərazilərin adları isə sanki erməni torpaqlarıymış kimi ermənicə xəritəyə daxil edilib.

Proqram oflayn rejimdə də istifadəyə əlverişli olduğuna görə xüsusilə də xaricə səfər edən turistlər bu proqramdan geniş istifadə edirlər. Nəticədə isə onlar əzəli Azərbaycan torpaqlarını Ermənistan ərazisi kimi tanıyırlar.

İnformasiya və kommunikasiya texnologiyları üzrə mütəxəssis Elçin Məmmədovun sözlərinə görə, sözügedən mobil tətbiqetmə "Openstreetmap" proqramının bazasında yığılıb. Həmin proqramda da Qarabağ torpaqları erməni dilində və erməni adları ilə göstərilib. Lakin problemin həlli istifadəçilərin öz əllərindədir.

Məsələ Azərbaycan Xarici İşlər Nazirliyinin də diqqətindədir və qurum bununla bağlı müvafiq tədbirlər görür.

VİDEO

DİGƏR XƏBƏRLƏR

Top