ABŞ fələstinlilərə ayrılan 200 mln. dolları geri götürüb

ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinə İordan çayının Qərb sahili və Qəzza zolağında iqtisadi və humanitar layihələr üçün ayrılmış 200 milyon dollardan çox vəsaiti digər məqsədlərə "yönəltmək" tapşırığı verib.

Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatına istinadən AFP məlumat yayıb.

Amerikanın xarici siyasət idarəsində qeyd ediblər ki, vəsait "daha prioritet layihələr"ə sərf olunacaq.

Bildirilir ki, bu qərarın qəbul edilməsinə Qəzza zolağındakı vəziyyət səbəb olub. Burada HƏMAS hərəkatı "insanların həyatını təhlükə altına atır və humanitar və iqtisadi vəziyyəti pisləşdirir". (Report)

DİGƏR XƏBƏRLƏR

Top